Home » Vyanada Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının energetika nazirlərinin görüşü olub

Vyanada Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının energetika nazirlərinin görüşü olub

by Zeyneb
0 comments 1 views 1 minutes read
Vyanada OPEC tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazovla
Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-
Səud arasında görüş keçirilib.
Energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ilə görüşdə OPEC+
formatı, eləcə də ikitərəfli çərçivədə enerji əməkdaşlığı məsələləri müzakirə edilib.
Birgə Texniki Komissiyanın bu ilə planlaşdırılan 4-cü iclasına toxunulub. Səudiyyə
şirkətləri və SOCAR arasında karbohidrogen sektorunda əməkdaşlıq potensialı
nəzərdən keçirilib.
Söhbət zamanı “yaşıl enerji” tərəfdaşlığı çərçivəsində layihələrin icra vəziyyəti də
dəyərləndirilib. 240 MVt-lıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ilin dördüncü
rübündə istifadəyə verilməsi ilə bağlı məsələlər, həmçinin “SOCAR Green”, “ACWA
Power” və “Masdar” şirkətlərinin birgə iştirakı ilə Xəzər dənizində 3,5 QVt gücündə külək
enerjisi və digər bərpa olunan enerji layihələrinin icrasına dair fikir mübadiləsi aparılıb.
Bu layihələrin inkişafı istiqamətində növbəti addımlar müəyyənləşdirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.