Home » Azərbaycan vergi məlumatlarının mübadiləsi üzrə beynəlxalq qiymətləndirmədə yüksək nəticə əldə edib

Azərbaycan vergi məlumatlarının mübadiləsi üzrə beynəlxalq qiymətləndirmədə yüksək nəticə əldə edib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan vergi məqsədləri üçün məlumat mübadiləsi sahəsində beynəlxalq qiymətləndirmədə yüksək nəticə əldə edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum “Məxfilik və mübadilə olunan məlumatların konfidensiallığının qorunması” səviyyəsi üzrə yekun hesabatını təsdiq edib və sənəddə Azərbaycanın yüksək nəticə əldə etdiyi qeyd olunub.

Qiymətləndirmə Azərbaycanın beynəlxalq səviyyədə müasir kibertəhlükəsizlik standartlarına cavab verən rəqəmsal infrastruktura malik olduğunu təsdiqləyir. Qlobal Forum üzv ölkələrdə məxfilik və konfidensiallığın qorunması səviyyəsini mütəmadi olaraq qiymətləndirir. Bu çərçivədə ötən ilin fevral ayında təşkilatın qiymətləndiriciləri Azərbaycanda səfərdə olublar.

Yoxlama zamanı informasiya təhlükəsizliyi, daxili prosedurların beynəlxalq standartlara uyğunluğu və Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC) fəaliyyətinin effektivliyi ətraflı təhlil edilib. Xüsusilə, məlumatların 24/7 rejimində kiber müdaxilələrdən qorunması və rəqəmsal ekosistemin dayanıqlığının təmin olunması yüksək qiymətləndirilib.

Qeyd edilib ki, Azərbaycan 2013-cü il fevralın 26-da Qlobal Foruma qoşulmaqla bu sahədə beynəlxalq qiymətləndirmə prosesində iştirak öhdəliyini üzərinə götürüb.

Qiymətləndirmənin nəticələri ölkədə vergi məqsədləri üçün beynəlxalq məlumat mübadiləsi sahəsində etibarlı və təhlükəsiz sistemin formalaşdırıldığını təsdiqləyir. Bu, həmçinin beynəlxalq öhdəliklərin icrası, tərəfdaş ölkələrlə qarşılıqlı etimadın gücləndirilməsi və rəqəmsal məlumatların qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın bundan sonra da şəffaflıq, qabaqcıl rəqəmsal mühafizə texnologiyalarının tətbiqi və konfidensiallığın qorunması istiqamətində beynəlxalq standartları tətbiq etməyə davam edəcəyi vurğulanıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.