Home » Xalq Bank Eurasian Bank və Uzpromstroybank nümayəndə heyətlərini qəbul edib

Xalq Bank Eurasian Bank və Uzpromstroybank nümayəndə heyətlərini qəbul edib

by Zeyneb
0 comments 3 views 1 minutes read

Xalq Bank Qazaxıstan və Özbəkistanın iri maliyyə qurumları – Eurasian Bank və Uzpromstroybank nümayəndə heyətlərini qəbul edib. Görüş tərəflər arasında fərdi bankçılıq, kredit və qeyri-kredit məhsulları, müştəri yönümlü xidmət modellərinin inkişafı sahəsində təcrübə mübadiləsi məqsədi daşıyıb.

Qonaqlara Xalq Bankın müasir xidmət modeli, müxtəlif müştəri seqmentlərinə uyğunlaşdırılmış məhsul və həllər, həmçinin rəqəmsal bankçılıq istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib. Görüş zamanı qonaqlar həmçinin Xalq Bankın VIP ofisini ziyarət edərək burada müştərilər üçün yaradılmış fərdi məsləhətçilik yanaşması və rahat xidmət mühiti ilə tanış olublar.

Rəqəmsal ödənişlər sahəsində dünya lideri olan Visa-nın tərəfdaşlığı ilə keçirilən bu görüş regional banklar arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə, bilik və təcrübə mübadiləsinin təşviqinə xidmət edir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.