Home » Xalq Bank I rübün yekunlarını açıqladı

Xalq Bank I rübün yekunlarını açıqladı

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

2024-cü ilin I rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan Xalq Bankın aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 12.5% artaraq 3 mlrd manatı keçmiş, kredit portfelinin həcmi 2.3% artaraq 1 853.7 mln manat təşkil etmişdir. Qeyd olunan tarixə Bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 2 226.8 mln manat təşkil etmişdir ki, bu da 2023-cü ilin I rüb göstəriciləri ilə müqayisədə 17.1%, yəni 325.3 mln manat çoxdur.

2024-cü ilin I rübünün sonuna Bankın xalis mənfəəti ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 47%, yəni 5.3 mln manat artaraq 16.5 mln manat, cəmi kapitalı 461.4 mln manat təşkil etmişdir.

Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.