Home » Xalq Bankdan təhsil və səhiyyə işçiləri üçün sərfəli kredit

Xalq Bankdan təhsil və səhiyyə işçiləri üçün sərfəli kredit

by Zeyneb
0 comments 2 views 1 minutes read

Müştərilərə daim sərfəli maliyyə həlləri təklif edən Xalq Bank səhiyyə və təhsil işçilərinə özəl kampaniyaya start verir!

Kampaniya şərtlərinə əsasən, təhsil və səhiyyə sektorunda çalışan şəxslər zaminliklə və ya təminatsız verilən istehlak kreditini illik 12%-dən başlayan faizlərlə 48 ayadək müddətə əldə edə bilərlər. Kredit məbləği təminatsız verildikdə 25 000 AZN-dək, zaminliklə isə 40 000 AZN-dək təşkil edir.

Digər qurumlarda çalışan şəxslər üçün kredit şərtləri eyni olmaqla, illik 13%-dən başlayan faizlərlə təklif edilir.

Müraciətçi sonuncu iş yerində 6 aylıq, ümumilikdə isə minimum 12 aylıq iş stajına malik olmalıdır.

Kampaniyayla bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz: Kampaniya səhifəsi

Kampaniya 31 dekabradək qüvvədədir.

Təklifdən yararlanmaq istəyənlər https://loanorder.xalqbank.az/ üzərindən onlayn sifariş edə və ya Xalq Bankın istənilən filialına müraciət edə bilərlər.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.