Home » “XalqOnline”da “Digital Card”la ödənişə 20% keşbek!

“XalqOnline”da “Digital Card”la ödənişə 20% keşbek!

by khayale
0 rəy 6 baxış 1 dəqiqə oxuma

Xalq Bank Digital Card rəqəmsal məhsulu üzrə yeni kampaniyaya start verir. Kampaniya müddəti ərzində Digital Card sifariş edən XalqOnline istifadəçiləri kampaniyanın sonunadək tətbiqdə etdiyi ilk minimum 10 AZN ödənişə 20%, mövcud Digital Card sahibləri isə 10% keşbek qazanacaq.

Kampaniyada XalqOnline tətbiqi üzərindən aparılan mobil, kommunal, internet və digər ödənişlər iştirak edir. (köçürmə, maliyyə, dövlət ödənişləri istisnadır). Kampaniyada qazanıla biləcək maksimal keşbek məbləği 10 AZN-dir. Təklif 17 martadək qüvvədədir.

Qeyd edək ki, Digital Card XalqOnline istifadəçiləri üçün nəzərdə tutulan rəqəmsal debet kartıdır. Kartı banka gəlmədən və vaxt itirmədən birbaşa XalqOnline tətbiqində yaradıb, aktivləşdirmək mümkündür. Digital Card vasitəsilə rahatlıqla onlayn ödənişlər həyata keçirə və kartı Google Pay və Apple Pay cüzdanlarına əlavə etməklə təmassız ödənişləri icra etmək olar. Kart AZN valyutasında və pulsuz təqdim edilir, istifadə müddəti 1 ildir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.