Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.99 dollar, yaxud 1.12% artaraq 89.36 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə, Brent xam nefti isə 0.89 dollar, yaxud 0.94% artaraq 95.54 dollara satılır. Təbii qazın qiymətləri isə 0.19 dollar, yaxud 3.24% artaraq 5.90 dollara ticarət edilir.
Brent xam neftinin qiyməti ilə bağlı proqnoz isə budur ki, 2022-ci ilin IV rübündə 1 barrelinə görə 93 dollar, 2023-cü ildə isə 95 dollar olacaq.