Home » Yanvar-noyabr aylarında 371 minə yaxın şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib

Yanvar-noyabr aylarında 371 minə yaxın şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib

by anar
0 comment 2 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-noyabr aylarında 371 minə yaxın şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Onlardan 109 min nəfəri “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib.

Həmin dövrdə 15,8 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatı həyata keçirilib.

Bu ilin 11 ayında 9,3 min işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həm Agentliyin Peşə Hazırlığı Mərkəzlərində, həm də özəl tədris müəssisələrində peşə hazırlığı kursları təşkil edilib.

Digər bir istiqamət olaraq 236,4 min şəxsə peşəyönümü xidmətləri göstərilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.