Home » Yanvarda 195-2 Çağrı Mərkəzinə 1100-dən çox müraciət daxil olub

Yanvarda 195-2 Çağrı Mərkəzinə 1100-dən çox müraciət daxil olub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2020-ci ilin yanvar ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 1100-dən çox müraciət daxil olub. Müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, güzəştli kreditlərin əldə olunması, istehlakçıların qanuni hüquq və mənafelərinin müdafiəsi, investisiya təşviqi və təsdiqedici sənədlərin alınması, Nazirliyin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin əksər hissəsi operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Ümumilikdə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək 195-2 Çağrı Mərkəzinə 96,5 minə yaxın müraciət daxil olub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.