Yapı Kredi Bank Azərbaycan Neft-Qaz sahəsində çalışanlar üçün kredit faizlərini endirdi!

Yapı Kredi Bank Azərbaycan Neft-Qaz sektorunda fəaliyyət göstərən şirkət və qurumların əməkdaşları üçün nağd kredit şərtlərində dəyişiklik edərək, kredit faizlərini endirdi. Belə ki, bu şirkətlərin istənilən əməkdaşı 15 noyabr 2021 tarixinədək  müddəti 36 aya qədər (müddətlərdə faiz fərqi olmadan) olan nağd istehlak kreditlərini illik 15% ilə əldə edə biləcək.

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycanın məhsul və xidmətləri barədə məlumatları bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar

Yapı Kredi Bank Azərbaycan dünyanın bir neçə  ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır