“Yapı Kredi Bank”da istehlak kreditlərinə 5% endirim

“Yapı Kredi Bank”da 31 avqust 2021-ci il tarixinədək “İstehlak Kredit” faizlərinə 5%-dək endirim tətbiq olunacaqdır.

Belə ki, bankdan ilk dəfə kredit götürən bir neçə müştəri qrupları üçün fərdi ehtiyac krediti üzrə illik faiz dərəcəsi 15%-dən başlayaraq hesablanacaqdır.  Kampaniyada 5000 AZN və daha yüksək məbləğdə kredit götürəcək müştərilər iştirak edə biləcəklər. Məlumat üçün bildirək ki, “Yapı Kredi Bank” 20 000 manatadək olan kreditlər üçün zamin tələb etmir.

Həmçinin, kampaniya zamanı istehlak krediti rəsmiləşdirən müştərilərə kredit kartı –  Worldcard  təqdim ediləcək, üstəllik kartın bir illik haqqı bank tərəfindən hədiyyə olunacaqdır.

Müxtəlif təyinatlı fərdi ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Yapı Kredi Bankın Bankının bütün filiallarından əldə etmək mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqənizlə bankın filiallarına yaxınlaşmaq kifayətdir.

Kampaniya haqqında ətraflı məlumat üçün  *0444 nömrəli Telefon Mərkəzinə və ya bankın filiallarına müraciyyət etməniz xahiş olunur.

Yapı Kredi Bank Azərbaycan dünyanın bir neçə  ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən *0444 nömrəli Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq imkanları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycanın məhsul və xidmətləri barədə məlumatları bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook və Instagram səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır