3


Yaponiya Mərkəzi Bankı (BoJ) 2025-ci ilin aprel ayında keçirilən iclasında uçot dərəcəsini dəyişməyib və 0,5% səviyyəsində saxlayıb.
BBN.az xəbər verir ki, qərar bankın sədri Kazuo Uedanın rəhbərliyi ilə keçirilən iki günlük iclasdan sonra açıqlanıb. Bankın bəyanatında, ABŞ-ın gömrük siyasətləri və qlobal bazarlardakı qeyri-müəyyənliklər səbəbilə əlavə faiz artımına gedilmədiyi qeyd olunub.
Qeyd edək ki, Bloomberg tərəfindən keçirilən sorğuda iştirak edən 54 iqtisadçının hamısı BoJ-un faiz dərəcələrinə toxunmayacağını proqnozlaşdırmışdı.