

Yaponiyanın əsas səhm indeksi son 34 ilin ən yüksək həddinə çatıb və 1989-cu ildə qeydə alınan tarixi rekordunu yeniləyib.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, Nikkei 225 cümə axşamı 2.19% artaraq ticarət gününü 39,098.68 ilə başa vurub.
Daha öncəki rekord isə 1989-cu ilin dekabrın 29-da olub və həmin zaman ticarət günü 38,915.87 ilə yekunlaşmışdı. Asiya texnologiya səhmlərinin yüksəlməsinə səbəb isə ABŞ çip nəhəngi Nvidia-nın süni intellekt prosessorlarına olan tələbin artmasından dolayı güclü maliyyə nəticələri göstərməsi ilə bağlı olub.