Home » Yelo Bank-dan qadın sahibkarlara dəstək: yeni mikro kredit məhsulu

Yelo Bank-dan qadın sahibkarlara dəstək: yeni mikro kredit məhsulu

by Zeyneb
0 comments 0 views 1 minutes read

Yelo Bank qadın sahibkarların biznes fəaliyyətini dəstəkləmək və onların maliyyə resurslarına çıxışını asanlaşdırmaq üçün yeni mikro kredit məhsulunu təqdim edir. Bu təşəbbüs qadınların iqtisadi fəallığının artırılmasına, kiçik və orta sahibkarlığın inkişafına və ölkə iqtisadiyyatında onların rolunun güclənməsinə xidmət edir.

Yeni məhsul çərçivəsində qadın sahibkarlar bizneslərini genişləndirmək, yeni layihələrə sərmayə qoymaq və gündəlik fəaliyyətlərini maliyyələşdirmək üçün daha əlverişli şərtlərdən yararlana biləcəklər:

  • Kredit məbləği: 500 – 100 000 AZN
  • Müddət: 3 – 48 ay
  • İllik faiz dərəcəsi: minimum 8%
  • Güzəşt müddəti: 12 ayadək

Bu gün Azərbaycanda artıq 338 mindən çox qadın sahibkar fəaliyyət göstərir və onların sayı hər il artır. Təkcə son bir ildə qadın sahibkarların sayı 21 mindən çox artıb – bu isə qadınların biznesdə daha fəal rol oynadığını və yeni uğur hekayələri yazdığını göstərir.

Qadınların sahibkarlıq fəaliyyətinə dəstək göstərmək yalnız iqtisadi deyil, həm də sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Çünki hər yeni qadın sahibkar – həm yeni ideya, həm də yeni inkişaf fürsəti deməkdir. Yelo Bank da bu fürsətlərin reallaşması üçün qadın sahibkarların yanınızdadır. Daha ətraflı: https://bit.ly/4LqL1N.Bank xidmətləri, eləcə də mikro kredit haqqında ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.