Home » Yeni internet televiziya – DOST TV fəaliyyətə başlayır

Yeni internet televiziya – DOST TV fəaliyyətə başlayır

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi

Aprelin 2-dən Azərbaycanda ilk sosial televiziya nümunəsi olaraq DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet resursu olan DOST TV yayım konsepsiyasında əsasən əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzuları əhatə olunacaq.
DOST TV izləyicilərinə sosial yenilikləri, islahatlar, yeni layihələr, qanunvericilik və sosial hüquqlar, dövlət sosial xidmətləri barədə dolğun məlumatları çatdıracaq.
Yeni TV izləyiciləri ilə birbaşa təmasda, canlı yayım rejimində çalışacaq. Profilinə uyğun informativ xarakterli verilişləri yayımlamaqla yanaşı, sosial şəbəkə istifadəçilərinin sosial məsələlərlə bağlı sualları da Nazirlik rəsmilərinin iştirakı ilə birbaşa cavablandırılacaq.
Digər dövlət qurumları, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıqda fəaliyyət göstərəcək DOST TV həmin qurumların,  QHT nümayəndələrinin, ekspertlərin iştirakı ilə sosial mövzularda təhlil və diskussiyalara, müzakirələrə də daim açıq olacaq.

Videonun linkinə keçid: https://www.youtube.com/watch?v=Py5iOxd_w44

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.