Home » Yusif Abdullayev: “Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub”

Yusif Abdullayev: “Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub”

by Aytac
0 comments 0 views 1 minutes read

Azərbaycan İslam İnkişaf Bankı (IsDB) Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub.

Bunu İSB-nin Özəl Sektor Yol Xəritəsi (Roadshow) ​”Davamlı Rifah üçün Regional İnteqrasiya” tədbirində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.

Onun sözlərinə görə, əməkdaşlıq həmçinin üzv ölkələr arasında potensialın inkişafını və bilik mübadiləsini dəstəkləyən IsDB-nin “Tərs Əlaqə” (Reverse Linkage) proqramını da əhatə edir. Bu çərçivədə Azərbaycan pambıqçılığın inkişafı və su ehtiyatlarının idarə edilməsi, rəqəmsal transformasiya və dövlət xidmətlərinin göstərilməsi, qadınların maliyyə inklüzivliyi, kKeyfiyyətli infrastruktur kimi istiqamətlər üzrə təşəbbüslərə cəlb olunub.

Y.Abdullayev qeyd edib ki, hHazırda müzakirə olunan sahələr arasında infrastrukturun inkişafı, su ehtiyatlarının idarə edilməsi, suvarma, nəqliyyatla bağlı infrastruktur və kommunal xidmətlər üzrə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir: “Bu istiqamətlər Azərbaycanın inkişaf prioritetlərini əks etdirir və resursların dayanıqlı idarə edilməsini, regional inkişafı və dövlət infrastrukturunun təkmilləşdirilməsini dəstəkləyən layihələrdə praktiki əməkdaşlıq imkanları yaradır”.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.