“Ziraat Bank Azərbaycan” və KOBİA arasında əməkdaşlıq imkanları müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin yeni sədri Dr. Selçuk Demir ilə görüşüb.

Görüşdə KOBİA və bank arasında əməkdaşlıq üçün geniş potesialın olduğu, bu məqsədlə 2019-cu ildə tərəflər arasında əməkdaşlığa dair Niyyət Protokolunun imzalandığı vurğulanıb.

Əməkdaşlıq imkanlarına dair fikir mübadiləsinin aparıldığı görüşdə KOB-lara maliyyə dəstəyinin göstərilməsi, onların ixrac əməliyyatlarının maliyyələşdirilməsi və investisiya qoyuluşuna dair məsələlər nəzərdən keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır