Home » “ZİRAAT BANK AZƏRBAYCAN” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

“ZİRAAT BANK AZƏRBAYCAN” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

by Zeyneb
0 comments 0 views 1 minutes read

6 avqust 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “ZİRAAT BANK AZƏRBAYCAN” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan istiqrazların abunə yazılışı 10.08.2026-cı il tarixində başlayıb və 21.08.2026-cı il tarixində (10 iş günü davam edəcəkdir) bitəcəkdir.

AZ2001019606 İSİN kodlu istiqrazların yerləşdirilməsi 26.08.2026-cı il tarixində keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “ZİRAAT BANK AZƏRBAYCAN” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2001019606
İstiqrazların növü və forması Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı 150,000 ədəd 
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 15,000,000 manat
İllik gəlirlilik faizi 10.5%
Ödəmə Periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti 12 ay
Ticarətə buraxılma tarixi 26.08.2026
Anderrayter “PAŞA Kapital İ.Ş.” QSC

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.