Home » ƏƏSM Naziri Sahil Babayev Goranboy rayonunda, müavinləri Yevlax rayonunda və Naftalan şəhərində vətəndaşlarla görüşəcəklər

ƏƏSM Naziri Sahil Babayev Goranboy rayonunda, müavinləri Yevlax rayonunda və Naftalan şəhərində vətəndaşlarla görüşəcəklər

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Martın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Goranboy rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.  

Həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Yevlax rayonunda vətəndaşlarla görüşəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli isə Naftalan şəhərində həmin şəhərin sakinlərini və Xocalı rayonundan olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə (info@mlspp.gov.az elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq martın 17-dək qəbula yazıla bilərlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.