0

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqında artım qeydə alınıb.
BBN.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7% artaraq 1 174 manat təşkil edib.
Məlumata əsasən, orta aylıq əməkhaqqının ən yüksək olduğu sahələr arasında mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, həmçinin nəqliyyat və anbar təsərrüfatı yer alıb.





