Home » 1000 manatlıq taxılı 7,4 manata, meyvəni 8-16 manata sığorta etmək olar – Biləsuvarda fermerlərlə görüş

1000 manatlıq taxılı 7,4 manata, meyvəni 8-16 manata sığorta etmək olar – Biləsuvarda fermerlərlə görüş

by anar
0 rəy 0 baxış 2 dəqiqə oxuma

“Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbir keçirilib

Aqrar Sığorta Fondu və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləsuvar rayonunda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbir keçirilib.

Tədbirdə Bləsuvar rayonu ilə yanaşı, Şirvan-Salyan, Mil-Muğan və Lənkəran-Astara iqtisadi rayonuna daxil olan Sabirabad, Saatlı, İmişli, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonlarından da çoxsaylı fermerlər, təsərrüfat sahibləri iştirak edib.

Tədbirdə müxtəlif hadisələr səbəbindən fermerlərə dəyən zərər, zərərin qarşılanmasında aqrar sığortanın əhəmiyyəti və fermerlər üçün faydaları açıqlanıb.

Elan edilib ki, Azərbaycanda əkin sahələrinə dəyən zərərlər, o cümlədən may-iyun aylarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində yaranan zərərlərə görə aqrar sığorta ödənişlərinə başlanılacaq.

Regional tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Vəlahəddin Yunsurov rayonda aqrar sektorun, cümlədən  əkin sahələri və heyvandarlıq təsərrüfatlarının inkişafı barədə məlumat verib. O əkin sahələrinin qorunması üçün fermerləri aqrar sığortadan faydalanmağa dəvət edib.

Tədbirdə qeyd edilib ki, dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta vasitəsilə bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Fermerlərə dəstək üçün aqrar sığorta haqqının 50%-ni dövlət ödəyir.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov xatırladıb ki, indiyədək Aqrar Sığorta Fondu tərəfindən sözügedən regionlar üzrə 532 min manat sığorta ödənişi edilib.

Tədbirdə iştirak edən fermer və təsərrüfat sahibləri, Biləsuvar rayon icra hakimiyyətinin rəsmiləri, eləcə də rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) rəhbərləri quraqlıq, sel-subasma və 3-cü şəxslərin hərəkəti nəticəsində dəyən zərərlərə görə ödənişlərin verilməsi, dəyən zərərin hesablanması ilə bağlı sual və təkliflərini səsləndiriblər.

Biləsuvar DAİM-in direktoru Nurəddin Quliyev tədbirdə çıxış edərək fermerləri aqrar sığortadan faydalanmağa çağırıb, eləcə də bu mövzuda bir sıra təkliflərini səsləndirib.

Fondn idarə heyətinin üzvü bildirib ki hazırda Fond quraqlıq risklərindən sığorta üzrə yeni mexanizmin hazırlanması üzərində işləyir və bununla bağlı Fond tərəfindən qardaş Türkiyənin TARSİM sisteminin təcrübəsi öyrənilir.

Eləcə də müstəqil aqrar sığorta ekspertlərinin fəaliyyəti, aqrar sığorta hadisələrinin tənzimlənməsi ilə bağlı fermerlərin məlumatlandırılması ilə bağlı suallar səsləndirilib.

Roman Əmircanov bildirib ki, 2023-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti, sel və daşqınlar səbəbindən sığorta hadisələri kəskin artıb, nəticədə bu il sığorta ödənişləri daha da artacaq.  Fond rəsmisi bildirib ki, Aqrar Sığorta Fondu hadisələri qarşılamaq üçün zəruri ehtiyatları yaradıb və fermerlərə dəyən zərərin ödənilməsinə başanılacaq.

Aqrar Sığorta Fondunun Lənkəran-Astara filialının rəhbəri Rafət Əsgərov qarşıdan payızlıq əkin mövsümünün gəldiyini xatırladaraq fermerləri vaxt itirmədən əkin sahələrini sığorta etməyə çağırıb.

Tədbirdə bildirilib ki, Şirvan-Salyan, Mil-Muğan və Lənkəran-Astara regionlarında regionunda 1000 manatlıq taxıl məhsulunu qorumaq üçün cəmi 7,4 manat məbləğində sığorta ödənişi tələb edilir, meyvə bağlarının sığortalanmasında isə bu məbləğ 1000 manatlıq məhsul üzrə 8-16 manat arasında dəyişir.

Görüşdə Aqrar Sığorta Fondunun elektron yenilikləri – «Aqrar Sığorta Kalkulyatoru» və «Sığorta şəhadətnaməsini yoxla» xidmətləri barədə məlumat verilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.