Home » ABŞ-ın büdcə kəsiri iyulda 432 milyard dolları ötüb

ABŞ-ın büdcə kəsiri iyulda 432 milyard dolları ötüb

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ federal büdcəsinin kəsiri iyul ayında kəskin artaraq 432,3 milyard dollara çatıb.

BBN.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 48,5 % çoxdur.

İyulda qeydə alınan kəsir həmin ay üçün rekord göstərici olmaqla yanaşı, 2021-ci ilin martından bəri ən yüksək aylıq kəsir olub.

Hesabat ayında federal büdcənin gəlirləri illik müqayisədə 1,3 % azalaraq 334,01 milyard dollar təşkil edib. Dövlət xərcləri isə 21,7 % artaraq 766,32 milyard dollara yüksəlib.

Xərclərin artımında ödəniş təqviminin təsiri də olub. Belə ki, iyul ayında dövlət borcu üzrə faiz ödənişlərinə 104 milyard dollar, “Medicare” proqramına 174 milyard dollar, Sosial Təminata isə 141 milyard dollar yönəldilib.

30 sentyabrda başa çatacaq 2026-cı maliyyə ilinin ilk 10 ayında ABŞ federal büdcəsinin kəsiri 10,5 % artaraq 1,799 trilyon dollara çatıb. Bu məbləğ artıq əvvəlki maliyyə ilinin tamamında qeydə alınan 1,775 trilyon dollarlıq kəsiri də ötüb.

Həmin dövrdə federal hökumətin gəlirləri 3,2 % artaraq 4,485 trilyon dollar, xərcləri isə 5,2 % yüksələrək 6,284 trilyon dollar olub.

Qeyd edək ki, ABŞ-da büdcə kəsiri üzrə rekord göstərici 2020-ci maliyyə ilində qeydə alınıb və 3,1 trilyon dollar təşkil edib. Ölkənin federal büdcəsində sonuncu dəfə 2001-ci maliyyə ilində profisit yaranıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.