Home » 2020-ci ildə bank-maliyyə sektoru-QISA İCMAL

2020-ci ildə bank-maliyyə sektoru-QISA İCMAL

by bbnadm
0 rəy 1 baxış 17 dəqiqə oxuma

2020-ci il bank-maliyyə sektorunda müxtəlif dəyişikliklər və hadisələrlə yadda qaldı.

Bəs bunlar hansılar idi?!

Yada salaq:

28 Yanvar – Azərbaycan Mərkəzi Bankında 4 yeni departament yaradıldı.

Bunlar İstehlakçılarla iş, Kapital bazarına və digər maliyyə vasitəçilərinə nəzarət, Maliyyə sabitliyi, Prudensial siyasət və metodologiya  departamentləridir.

31 Yanvar – Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,5%-dən 7,25%-ə endirilməsi haqqında qərar qəbul edib.

11 Mart Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

19 Mart – “Global Finance”  Azərbaycan Beynəlxalq Bankını ölkənin ən yaxşı bankı seçdi.

Bank bu mükafata uğurlu fəaliyyət göstəricilərinə, müştəri ehtiyaclarına uyğun həyata keçirdiyi strateji layihələrə görə layiq görülüb. “Global Finance” bu ilin ən yaxşılarını müəyyənləşdirməkdən ötrü seçimi dünyanın 150-dən çox ölkəsinə aid banklar arasında aparıb.

19 Mart – Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

20 Mart – Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün xəzinə hesabı açılıb.

21 Mart – Azərbaycan vətəndaşlarının ölkə ərazisində pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən aldığı mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödədiyi Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsi 30 gün ərzində onlara geri qaytarılacağı açıqlanıb.

4 Aprel – “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilmişdir. Tədbirlər planında aşağıda göstərilən və digər məsələlər yer alıb:

  1. Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması məqsədilə);
  2. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi;
  3. İqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsi məqsədilə ölkədə kapitalın və əmlakın amnistiyasının nəzərdən keçirilməsi
  4. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq
    subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi
    güzəştlərinin və tətillərinin verilməsi
  5. Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsaitlərin ayrılması
  6. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq
    subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) veriləcək 0.5 mlrd. manat həcmində bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması
  7. Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi
  8. 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi

9 Aprel – Azərbaycan Mərkəzi Bankı Vahid Nəzarət və Monitorinq Sistemi yaradır.

25 Aprel – Mərkəzi Bank koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərar qəbul etmişdir. Əlavə tədbirlər planında aşağıda qeyd olunan və digər məsələlər yer alır:

  1. İpoteka vә Kredit Zәmanәt Fondunun vәsaitlәri hesabına 01 mart 2020-ci il tarixinә kimi verilmiş ipoteka kreditlәrinin Fondun razılığı әsasında (bu mәqsәdlә fondun müvafiq normativ sәnәdlәrinә dәyişiklik etmәklә) 30 sentyabr 2020-ci ilәdәk restrukturizasiya olunması;
  2. İpoteka vә Kredit Zәmanәt Fondunun vәsaitlәri hesabına 01 mart 2020-ci il tarixinә kimi verilmiş ipoteka kreditlәrinin restrukturizasiya edilmәsi zamanı banklar tәrәfindәn kreditin keyfiyyәtinin pislәşdirilmәmәsi;
  3. Kredit öhdәliklәrinin (әsas borc vә faiz ödәnişlәri) tam vә ya qismәn gecikdirilmәsi halında borcludan әlavә cәrimә faizi, dәbbә pulu vә digәr ödәnişlәrin tutulmamasının banklara tövsiyә edilmәsi;
  4. 01 mart 2020-ci il vәziyyәtinә keyfiyyәti qәnaәtbәxş olan vә pandemiya ilә әlaqәdar kredit borcunu gecikdirәn borcalanlar üzrә neqativ mәlumatların 30 sentyabr 2020-ci ilәdәk kredit bürosuna xüsusi qeydlә tәqdim olunması (borcalanın kredit tarixçәsinin pislәşdirilmәmәsi).
  5. 01 mart 2020-ci il tarixinә keyfiyyәti qәnaәtbәxş olan vә Azәrbaycan Respublikası Nazirlәr Kabineti tәrәfindәn tәsdiq edilmiş Tәdbirlәr Planına müvafiq olaraq kredit faizlәri subsidiyalaşdırılan sahibkarların kreditlәri restrukturizasiya olunduqda borcalanın maliyyә vәziyyәtindәn asılı olmayaraq keyfiyyәtinin 30 sentyabr 2020-ci ilәdәk pislәşdirilmәmәsi;
  6. Banklararası ödәniş sistemlәrdә banklardan tutulan xidmәt haqqlarının 30 sentyabr 2020-ci il tarixinәdәk 50%-ә qәdәr endirilmәsi;
  7. Bankların müştәrilәrinә göstәrilәn ödәniş xidmәtlәri üzrә tariflәrin anoloji qaydada azaldılmasının tövsiyә edilmәsi;
  8. Sahibkarlıq subyektlәrinin ödәniş kartları ilә ödәnişlәrinin qәbulu üzrә xәrclәrinin azaldılması mәqsәdilә ekvayer tariflәrinin 30 sentyabr 2020-ci il tarixinәdәk 50%-ә qәdәr endirilmәsinin tövsiyә edilmәsi.

27 Aprel – Azərbaycan Mərkəzi Bankı 4 banka müvəqqəti inzibatçı təyin etdi.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qəbul etdiyi qərarla “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin olunub.

27 Aprel – Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əhalinin bütün qorunan əmanətlərinin məbləğindən asılı olmayaraq tam sığortalanması müddətinin növbəti dəfə 9 ay uzadılması haqqında qanun imzalanıb.

28 Aprel – “Atabank” və “Amrah Bank”ın lisenziyaları ləğv edilib.

28 Aprel – “Atabank” və “Amrah Bank”dakı əmanətlərin qaytarılmasına dövlət vəsaiti cəlb olunmayacağı açıqlanıb.

1 May Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

4 May ƏDV-nin müəyyən hissəsinin qaytarılması ilə bağlı prosesə  Kapital Bank müvəkkil bank kimi cəlb olundu.

10 May ABA özünüməşğulluğa cəlb olunanlarla növbəti müqavilələr imzaladı.

Ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar 10 may 2020-ci il tarixində ABA-ya üzv banklar özünüməşğulluq proqrama cəlb olunmuş vətəndaşlarla növbəti dəfə müvafiq qrant müqavilələri imzalamış və onlara əsasən xidmət və istehsalat sahələri üzrə aktivlərin (o cümlədən natura şəklində material, avadanlıq və digər əmlakların) 2 il müddətinə müqavilə əsasında əvəzsiz olaraq təqdim etmişlər.

12 May “AGBank” və “NBC Bank”ın lisenziyaları ləğv edilib.

19 May – “Standard Insurance”ın lisenziyası ləğv olunub.

1 İyun İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) vergilər sahəsində Azərbaycan İqtisadiyyat Nazirliyi və Dünya Bankı ilə birlikdə həyata keçiriləcək proqramı təsdiq edib.

11 İyun – Bakı Dövlət Universitetinin tələbələrinə “Smart tələbə kartı” təqdim edilib.

Bakı Dövlət Universitetinin tələbələrinə “Kapital Bank” ASC-nin “Smart tələbə kart”ları təqdim edilib. Bu kartlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və BDU-nun təşəbbüsü, “Kapital Bank” və “Mastercard”ın dəstəyi ilə həyata keçirilib.

18 İyun Sara Maykl Dünya Bankının Azərbaycan üzrə meneceri təyin olunub.

19 İyun – Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,25%-dən 7%-ə endirilməsi haqqında qərar qəbul edib.

29 İyun – “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) İdarə Heyətinin sədri Doğan Tandoğan vəfat edib.

2 İyul – İpoteka və Kredit Zəmanət Fondu(İKZF) tərəfindən  təminatlı kreditlərlə yanaşı, ümumiyyətlə tam təminatsız kreditlərə də zəmanət və faiz subsidiyalarının verilməsi təmin edildi.

2 İyul – Azərbaycanda pul bazası 11 milyard manatı keçdi

7 İyul Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) illik hesabatını və audit rəyini ölkə Prezidentinə təqdim etməsi barədə öhdəlik ləğv edildi.

Fond bundan sonra illik hesabatını və audit rəyini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), maliyyə bazarlarına nəzarət orqanına və Himayəçilik Şurasında təmsil olunan təşkilatlara təqdim edəcək.

8 İyul – Azərbaycan hökumətilə Dünya Bankı arasında ədliyyə sistemindəki islahatların davamı üçün əlavə maliyyə olaraq 50 milyon ABŞ dolları həcmində kredit ayrılmasına dair saziş imzalandı.

9 İyul – Neft Fondu Moskvadakı əmlakında zərərdən mənfəətə keçdi.

14 İyul – Azərbaycan Dünya Bankının hesabatında təcrübəsinə ən çox istinad edilən ölkə oldu.

16 iyul ARDNF-in investisiya portfelində dolların payı 68%-i keçdi.

25 İyul– “Standard & Poor’s” (“S&P”) beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini “BB+/B” səviyyəsində təsdiq etdi

30 İyul Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7%-dən 6,75%-ə endirilməsi barədə qərar qəbul edib.

4 Avqust “Kapital Bank” tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim etdi.

7 Avqust Azərbaycan İnvestisiya Holdinqi yaradıldı.

11 Avqust   Azərbaycan Mərkəzi Bankı və İFC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Layihə çərçivəsində bank məhsul və xidmәtlәrinin əlçatanlığı üzrə normativ hüquqi bazanın yaradılması, açıq bankçılıq yanaşmasının tətbiqi ilə bağlı yol xəritəsinin hazırlanması, Ani Ödənişlər Sisteminin fəaliyyəti, habelə məsafədən identifikasiya olunmaqla bank məhsul və xidmətlərin (bank hesabının açılması, kredit alınması) əldə edilməsi imkanlarının yaradılması üzrə hüquqi aktlara dair tövsiyələrin hazırlanması kimi istiqamətlərdə işlərin görülməsi nəzərdə tutulur. Eyni zamanda, bank və müəssisələrin innovativ maliyyə xidmətlərini və məhsullarını sınaqdan keçirməyə imkan verən xüsusi tənzimləyici test rejiminin yaradılması məqsədilə birgə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulmuşdur.

12 Avqust Azərbaycanda yeni ödənişlər sistemi istismara verildi.

“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədilə Mərkəzi Bank tərəfindən reallaşdırılan Ani Ödənişlər Sistemi (AÖS) pilot rejimində istismara verilib.

18 Avqust Azərbaycanda təmassız ödənişlər üzrə limit 2 dəfə artırılaraq 50 manatdan 100 manata çatdırılıb.

28 Avqust “Azərbaycan Kredit Bürosu” yeni skorinq xidmətini istifadəyə verdi.

1 Sentyabr Vahid büdcə təsnifatı dəyişdi.

Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarına dəyişiklik edib. Qərara əsasən, Şəhərsalma və Tikinti Məcəlləsinin 11.5-ci maddəsinə əsasən tikinti fəaliyyəti sahəsində göstərilən xidmətlərdən daxilolmalar, eləcə də şəhərsalma və tikinti qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar vahid büdcə təsnifatına daxil edilib.

15 Sentyabr Azərbaycanda aşağı gəlirli əhali qrupu üçün bank xidmətləri pulsuz oldu.

Bu istiqamətdə aparılan tədbirlər çərçivəsində AMB “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi ilə birgə aşağı gəlirli əhali qrupu üçün pulsuz “Baza bank xidmətləri” təkliflər paketini hazırlayaraq bank sektoruna təqdim etdi.

17 Sentyabr – Azərbaycan ADB-nin fondlarına yenidən donor oldu.

Asiya İnkişaf Bankının (ADB) donorları 2021-2024-cü illər üzrə aşağı gəlirli ölkələrinə qrant ayırmaq üçün yaradılan Asiya İnkişaf Fonduna (ADF) və Texniki dəstək üzrə Xüsusi Fonda (TASF) 4 mlrd ABŞ dolları vəsait ayrılması barədə razılığa gəldilər.

18 Sentyabr Mərkəzi Bank uçot dərəcəsini endirdi.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,75%-dən 6,5%-ə endirilməsi barədə qərar qəbul etdi.

30 Sentyabr Banklar pandemiyaya görə 1,1 milyard manat krediti restruktizasiya etdi.

12 Oktyabr – “Azərbaycan Beynəlxalq Bankı”nda dövlətin payı açıqlandı.

ABB-nin səhmlərinin 91,4%-i Maliyyə Nazirliyinə, 3,76%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,13%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 4,71%-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

13 Oktyabr – Azərbaycan Mərkəzi Bankı Rəqəmsal İdentifikasiya Sistemini istismara verdi.

20 Oktyabr Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yeniləndi.

Artıq 1, 5 və 50 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik yeni pul nişanlarının 1 yanvar 2021-ci il tarixindən tədavülə buraxılması nəzərdə tutulub.

24 Oktyabr – Müharibəyə görə həyatını itirən hərbçi və mülki şəxslərin kreditlərinin silinməsi barədə qərar qəbul olundu.

25 Oktyabr S&P Azərbaycanın kredit reytinqini təsdiqlədi.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini “BB+/B” səviyyəsində təsdiq etdi.

27 Oktyabr – ARDNF Koreya vonunu investisiya portfelindən çıxartdı.

30 Oktyabr Azərbaycanda növbəti “Kartla ödə, kartla qazan” lotoreyasına start verildi.

30 Oktyabr – AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

2 Noyabr Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının sədri dəyişdi.

Səsvermə nəticəsində “PAŞA Kapital İnvestisiya Şirkəti”nin direktoru Ceyhun Hacıyev sədr seçilib. O, bu vəzifədə “İnvest-Az İnvestisiya Şirkəti”nin direktor müavini Ceyhun İbrahimovu əvəz edib.

16 Noyabr Dövlət Vergi Xidməti “Asan İmza” ilə bağlı yeni xidmət istifadəyə verdi.

Məlumata görə, bu, qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi və Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması xidmətidir.

21 Noyabr “Fitch” Azərbaycanın reytinqini təsdiqlədi.

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici valyutada defolt reytinqini (IDR) “BB+” səviyyəsində təsdiqləyib.

23 Noyabr “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə dəyişdi.

Prezident İlham Əliyev “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, sahibkarlıq kreditləri üzrə təminatların və faiz subsidiyalarının verilməsi ilə elektron sistemə ötürülən məlumatların siyahısına daha biri əlavə edilib.

Bu, investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkar investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün müraciət etdikdə, müvafiq təsdiqedici sənədlərə dair məlumatlardır.

26 Noyabr – “Kapital Bank”ın filiallarında “ASAN İmza” almaq mümkün oldu.

28 Noyabr – Azərbaycanda manatla geniş pul kütləsi tarixi maksimumunu yenilədi.

Bu ilin noyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 26 mlrd 947,9 mln manat təşkil edib.

3 Dekabr Azərbaycan banklarının birgə bankomat şəbəkəsi istifadəyə verildi.

Azəbaycanın 11 bankı – “Azərpoçt” MMC-nin mövcud bankomat şəbəkələrindən birgə istifadə ilə bağlı kollektiv saziş imzaladı.

9 Dekabr – Elektron Kredit Platforması üzərindən 145 milyon manat kredit verildiyi açıqlanıb.

15 Dekabr – Standartlaşdırma üzrə dövlət fondu yaradıldı.

15 Dekabr – “Azərpoçt” Ani Ödənişlər Sisteminə inteqrasiya olundu.

16 Dekabr – “Bank Respublika” məşhur “Bank of New York Mellon” ilə əməkdaşlığa başladı.

16 Dekabr Azərbaycanda vahid büdcə təsnifatında dəyişiklik edilib.

Dəyişikliyin məqsədi vahid büdcə təsnifatını “Tibbi sığorta haqqında” qanuna edilmiş dəyişikliklərə uyğunlaşdırmaqdır. Beləliklə, təsnifatın gəlirlər hissəsində “Sosial ayırmalar” sözləri “Sosial və icbari tibbi sığortaya ayırmalar” sözləri ilə əvəz edilib, bəzi paraqraflar ləğv olunub, köməkçi bölmələr əlavə edilib.

17 Dekabr –  Azərbaycanın “Doing Business 2020” hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılıb, bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil oldu.

18 Dekabr Azərbaycan və Türkiyə Mərkəzi Bankları Anlaşma Memorandumu imzaladı.

Sənədə əsasən, tərəflər arasında mərkəzi bankçılığın müxtəlif istiqamətlərində təcrübə mübadiləsinin aparılması, birgə tədqiqat işlərinin reallaşdırılması, təlim proqramlarının keçirilməsi, məsləhət xidmətinin göstərilməsi nəzərdə tutulur. Eyni zamanda memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, eləcə də mərkəzi bankçılıq məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaq.

18 Dekabr – Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,5%-dən 6,25%-ə endirilməsi barədə qərar qəbul edib.

18 Dekabr AMB Milli Depozit Mərkəzinin xidmət haqlarının optimallaşdırılması barədə qərar qəbul edib.

22 Dekabr “Yelo Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub. Bankın Müşahidə Şurasının qərarına əsasən, bu vəzifəni Anar Həsənov tutacaq və 5 yanvar 2021-ci il tarixindən fəaliyyətə başlayacaq.

26 Dekabr Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 4 ay uzadıldı.

26 Dekabr – Azərbaycan Beynəlxalq Bankı ƏDV-nin qaytarılması sisteminə qoşuldu.

26 Dekabr – Prezident əmanətlərin sığortalanması üzrə kompensasiya məbləğini artırdı.

Qanuna dəyişikliklə fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) qədər artırılıb.

Digər bir dəyişikliklə isə fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödəniləcək.

28 Dekabr – “Yelo Bank” “Ən İnnovativ Korporativ Rebrendinq Strategiyası” mükafatını aldı.

28 Dekabr “Kommerzbank AG”nin Azərbaycandakı nümayəndəliyi ləğv edilir.

29 Dekabr – Azərbaycanın kapital bazarında mərkəzləşdirilmiş ticarət sistemi qurulacağı bildirilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.