Home » 2020-ci ilin I rübündə Texniki Şuralara 519 müraciət daxil olub

2020-ci ilin I rübündə Texniki Şuralara 519 müraciət daxil olub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2020-ci ilin I rübü ərzində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 519 müraciətə baxılıb.

Rüb ərzində qəbul edilmiş müraciətlərdən 518-nin icrası təmin edilib, 1 müraciətdən isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən imtina edilib.

 Hazırda “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 12 Texniki Şura fəaliyyət göstərir.  

Xatırladaq ki, Texniki Şuralar Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi məqsədilə yaradılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.