Home » Azərbaycan Almaniyaya neft ixracını 45 %-dən çox azaldıb

Azərbaycan Almaniyaya neft ixracını 45 %-dən çox azaldıb

by yunus
0 comments 0 views 1 minutes read

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Almaniyaya 360 min 299 ton xam neft ixrac edib.

BBN.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, ixrac edilən neftin ümumi dəyəri 210 milyon 855,8 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Almaniyaya göndərilən xam neftin həcmi 45,5 %, dəyəri isə 40,9 % azalıb.

Hesabat dövründə Almaniyanın Azərbaycanın ümumi xam neft ixracındakı payı 2,8 % olub.

Ümumilikdə, 2026-cı ilin ilk 7 ayında Azərbaycan 12 milyon 722,6 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu məhsulların ümumi dəyəri 8 milyard 32,9 milyon ABŞ dolları olub.

Yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi isə 29 milyard 216 milyon ABŞ dolları təşkil edib. Bunun 19 milyard 336 milyon dolları ixracın, 9 milyard 881 milyon dolları isə idxalın payına düşüb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.