Home » 2022-ci ildə Avropanın texnologiya firmaları 400 milyard dollardan çox itirib

2022-ci ildə Avropanın texnologiya firmaları 400 milyard dollardan çox itirib

by bbnadm
0 comments 0 views 1 minutes read

Avropanın dövlət və özəl texnologiya şirkətlərinin ümumi dəyəri 2021-ci ildəki 3.1 trilyon dollardan 2.7 trilyon dollara düşüb. İl ərzində itki isə 400 milyard dollardan çox hesablanıb.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki bu haqda çərşənbə axşamı vençur kapital firması Atomico özünün illik “Avropanın texnologiyasının vəziyyəti” adlı hesabatında qeyd edib.

Atomico-nun müvafiq hesabatı və 41 ölkədə apardığı sorğuya, əsasən cari ildə, ümumilikdə Avropa startaplarının vençur kapital fondunun 85 milyard dollar enəcəyi gözlənilir.

Atomico-da partnyor olan Tom Wehmeier isə CNBC-yə açıqlamasında deyib ki, bu il çox çətin il olub, Ukraynada müharibə, bütün dünyada inflyasiya, faiz dərəcələrinin artımı, geosiyasi qəzəb və s. müşahidə edilib: “Bu isə qlobal maliyyə böhranından bu yana ən çətin makroiqtisadi mühit olub”.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.