11
2023-cü ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 12 milyard 810,7 milyon manat vergi daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 22,6% və ya 2,3 milyard manat artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 7,4 milyard manat olub. 2022-ci ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 19,3% və ya 1,2 milyard manat artıb.