Home » 4-cü qrant müsabiqəsi ilə bağlı məlumatlandırıcı tədbir keçiriləcək

4-cü qrant müsabiqəsi ilə bağlı məlumatlandırıcı tədbir keçiriləcək

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Onlayn tədbir çərçivəsində qrant müsabiqəsi ilə bağlı KOB subyektlərini maraqlandıran suallar cavablandırılacaq. 

Avqustun 14-də, saat 11:00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Agentlik tərəfindən elan edilmiş KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dair 4-cü qrant müsabiqəsi ilə bağlı məlumatlandırıcı tədbir keçiriləcək.

Onlayn tədbirin təşkilində məqsəd müsabiqənin şərtləri, lazım olan sənədlər, müsabiqəyə müraciət qaydası, layihələrin qiymətləndirilməsi prosesi barədə KOB subyektlərini məlumatlandırmaq, onları maraqlandıran sualları cavablandırmaqdır.

KOB subyektləri aşağıda qeyd olunan linkə daxil olmaqla tədbirdə iştirak edə bilərlər:

https://us06web.zoom.us/j/86299056125?pwd=UE42Z042alJyMi84aUNNSkYrWGtodz09

Meeting ID: 862 9905 6125

Passcode: 383492

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsinə dair KOBİA tərəfindən elan edilmiş müsabiqəyə sənəd qəbulu 14 avqust 2023-cü il saat 09:00-dan – 13 sentyabr 2023-ci il saat 18:00 tarixinə qədər davam edəcək. Müsabiqəyə sənəd qəbulu elektron formada (info@smb.gov.az) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət formasında həyata keçirilir.

Qrant müsabiqəsində hər bir layihə üzrə maliyyələşdirilmə məbləği 20 min manata qədərdir. Müsabiqə ilə bağlı ətraflı məlumat üçün: bit.ly/3YB1x2F

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.