Home » 8 ayda ölkədə yaşıl enerji istehsalı artıb – Foto

8 ayda ölkədə yaşıl enerji istehsalı artıb – Foto

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2024-cü ilin 8 ayı üzrə elektrik enerjisi göstəricilərinə dair operativ məlumatlara əsasən yanvar-avqust aylarında respublikada elektrik enerjisinin istehsalı 19 235,4 mln. kVt·st olub.

8 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 16 463,6 mln. kVt·st, SES-lərdə 2 138,4 mln. kVt·st, digər mənbələr üzrə isə 633,4 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 37,9 mln. kVt·st, günəş elektrik stansiyalarında 424,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 171,2 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1 531,1 mln. kVt·st) nisbətən 1 240,7 mln. kVt·st artaraq 2 771,8 mln. kVt·st təşkil edib.

Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 16 975,0 mln. kVt·st (İES-lərdə 14 989,0 mln. kVt·st, SES-lərdə 1 986,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 334,5 mln. kVt·st (İES-lərdə 151,7 mln. kVt·st, SES-lərdə 139,7 mln. kVt·st, Günəş ES-də 43,1 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 28,5 mln. kVt·st,  müstəqil elektrik stansiyaları üzrə isə 1 897,4 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 858,9 mln. kVt·st, idxalı isə 125,5 mln. kVt·st olub.

Qeyd edək ki, 2024-cü ilin avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 966,3 mln. kVt·st olub. Bu dövrdə elektrik enerjisinin ixracı 338,0 mln. kVt·st, idxalı isə 13,4 mln. kVt·st təşkil edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.