Home » Qeyri-neft ixracı 40,9% artıb

Qeyri-neft ixracı 40,9% artıb

by bbnadm
0 comments 0 views 1 minutes read

“İxrac icmalı”nın oktyabr sayına əsasən, 2021-ci ilin ilk 9 ayı ərzində Azərbaycanın ixracı 14,6  mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,8 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 525,3 mln. ABŞ dolları və ya 40,9% artıb. 2021-ci ilin 9 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 398,9 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,3 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,1 dəfə, şəkər 2,1 dəfə, pambıq lifi 80,8%, alüminium və ondan hazırlanan məmulatlarda isə 55,8% artım qeydə alınıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə sentyabr ayı üzrə ixrac 1,7 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 75,2% təşkil etməklə 224,7 mln ABŞ dolları olub. 2021-ci ilin sentyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 34,5% artaraq 46,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 90% artaraq 178,5 milyon ABŞ dolları təşkil edib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.