Home » “Microsoft” və “OpenAI” tərəfdaşlıq strukturlarını yenidən nəzərdən keçiriblər

“Microsoft” və “OpenAI” tərəfdaşlıq strukturlarını yenidən nəzərdən keçiriblər

by yunus
0 comments 0 views 1 minutes read

“Microsoft” və “OpenAI” tərəfdaşlıq strukturlarını yenidən nəzərdən keçiriblər.

BBN.az xəbər verir ki, “Microsoft” ilə “OpenAI” arasında bağlanan razılaşma yenilənərək, süni intellekt təşəbbüsünün müştərilərinə istənilən bulud təminatçısı vasitəsilə xidmət göstərə bilməsinə imkan yaradacaq və gəlir bölgüsünə yuxarı hədd tətbiq ediləcək şəkildə dəyişdirilib.

ABŞ mərkəzli texnologiya nəhəngi “Microsoft” süni intellekt sahəsində aparıcı şirkətlərdən biri olan “OpenAI” ilə mövcud razılaşmasında dəyişiklik edib.

“Microsoft” tərəfindən verilən açıqlamada bildirilib ki, yenilənmiş razılaşma hər iki şirkətə yeni imkanları dəyərləndirmək baxımından daha böyük çeviklik qazandıracaq.

Açıqlamada razılaşmanın detalları da qeyd olunaraq vurğulanıb ki, “Microsoft” “OpenAI” üçün əsas bulud tərəfdaşı olaraq qalmağa davam edəcək. Bildirilib ki, “Microsoft” lazımi xüsusiyyətləri təmin edə bilmədiyi və ya təmin etməyi seçmədiyi hallar istisna olmaqla, “OpenAI” məhsulları ilk növbədə “Azure” üzərindən istifadəyə təqdim ediləcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.