0

Azərbaycan və Türkiyə marja ticarəti, investisiya şirkətlərinin və investisiya fondlarının lisenziyalaşdırılması istiqamətləri üzrə təcrübə mübadiləsi aparıb.
BBN.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, qurumun nümayəndə heyəti Türkiyə Kapital Bazarları Şurasında olub. Səfər çərçivəsində kapital bazarlarının inkişafı və dayanıqlılığının gücləndirilməsi, eləcə də tənzimləyici çərçivənin təkmilləşdirilməsi istiqamətində gündəmdə olan məsələlər müzakirə olunub.




