Home » ABB sahibkarlar üçün təlim keçirdi

ABB sahibkarlar üçün təlim keçirdi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABB Sahibkarlar Klubuna üzv olan bir qrup iş adamı üçün Gəncə şəhərində  təlim təşkil edib. Təlimə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Thinkwise şirkəti də dəstək göstərib.

Tədbirdə Gəncə və ətraf bölgələrdən 30-a yaxın iş adamı qatılıb. İştirakçılar idxal-ixrac əməliyyatları üzrə gömrük rəsmiləşdirilməsi və “Yaşıl dəhliz” buraxılış sistemi”, biznes fəaliyyətində qarşıya çıxan problemlərin həlli ilə bağlı məlumatlandırılıblar.

Təlim iştirakçılarına kiçik və orta sahibkarlıq seqmenti üzrə kredit və qeyri-kredit məhsulları, maliyyə risklərinin idarə edilməsi məsələləri ilə bağlı da ətraflı məlumat verilib. İki günlük təlimlər zamanı sahibkarlar yeni tərəfdaşlıqlar qurmaq imkanı da qazanıblar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.