Home » Faiz qərarı ilə birlikdə lirə kəskin geriləyib

Faiz qərarı ilə birlikdə lirə kəskin geriləyib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bugün Türkiyə Mərkəzi Bankı (TCMB) tərəfindən keçirilən iclasda uçot faiz dərəcəsini 1 faiz bəndi azaldaraq 16%-dən 15%-ə endirildiyi açıqlanıb. Ekspertlər isə, ölkədə oktyabr ayında qeydə alınan 19.9%-lik yüksək inflyasiya səbəbindən uçot dərəcəsində artımın qeydə alınacağını proqnozlaşdırırdı.

Son üç ay ərzində davamlı olaraq endirilən uçot faiz dərəcəsi ölkədə istehlak qiymətləri indeksinin artımı ilə yanaşı, ölkə valyutasının da zəifləməsinə yol açır. Belə ki, gün ərzində 10.46 səviyyəsində dövr edən USD/TRY məzənnəsi Mərkəzi Bankın qərarından dərhal sonra rekord 10.98 səviyyəsinə qədər yüksəlib.

TCMB sədri Şahap Kavçıoğlu ölkədə baş verən yüksək inflyasiyanın səbəblərinin uçot dərəcəsindən çox digər faktorlarla əlaqədar olduğunu bildirib və uçot dərəcəsində azalmanın yalnız dekabr ayından sonra həyata keçiriləcəyini vurğulayıb.

2021-ci il ərzində dollar qarşısında kəskin dəyər itirən türk lirəsi Yaponiyanın MUFG bankının proqnozlarına istinadən, dəyər itirməyə bir müddət davam edəcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.