![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung Electronics” 17 milyard dollarlıq yeni investisiya layihəsinə hazırlaşır. ABŞ prezidenti Co Baydenin ölkədə yarımkeçiricilərin qıtlığı ilə bağlı çıxışından sonra verilən qərar əsasında “Samsung” Teksasda fəaliyyət göstərən yarımkeçirici zavodunda yeni istehsal xəttləri istifadəyə verəcək.
Bununla yanaşı, “Samsung” 2026-cı ilədək müxtəlif investisiya layihələri ilə yarımkeçirici istehsalını üç qatına çıxacağını açıqlayıb.
Məlumat üçün qeyd edək ki, “Samsung” şirkəti “TSMC” və “Sony” şirkətlərindən sonra üçüncü ən böyük yarımkeçirici istehsalçısıdır. Müqayisə üçün, bazarda “TSMC” 52.9%-lik, “Samsung Electronics” isə 17.3%-lik paya sahibdir.