Home » Dövlət Məşğulluq Agentliyi İSO 37001 beynəlxalq standartının tətbiqini davam etdirir

Dövlət Məşğulluq Agentliyi İSO 37001 beynəlxalq standartının tətbiqini davam etdirir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinin antikorrupsiya idarətmə sistemi üzrə beynəlxalq standart olan İSO 37001-nə uyğun qurulması işləri aparılır.

Bu standart idarəetmədə şəffaflığın təminatı, korrupsiya risklərinin aradan qaldırılması üçün təlimat, prosedur dəstəyini təmin edir.

İlkin qiymətləndirmə, korrupsiyaya qarşı idarəetmə sisteminin işlənib hazırlanması və tətbiqi, korrupsiya risklərinin qiymətləndirilməsi mərhələləri artıq başa çatıb. Növbəti mərhələdə korrupsiyaya qarşı idarəetmə sisteminin tətbiqi, təşkilat üzrə daxili auditin keçirilməsi və Agentliyin sertifikasiya prosesi aparılacaq. Agentlik gələn ilin ortalarınadək fəaliyyətində İSO 37001 standartının tətbiqini yekunlaşdırmağı nəzərdə tutur.

Standartın tətbiqi və sertifikatlaşdırma prosesində dəstək üçün Agentlik tərəfindən müvafiq xidmətlərin satın alınması məqsədilə qanunvericiliyin tələblərinə uyğun açıq tender keçirilib.

Beynəlxalq idarəetmə standartları sahəsində tanınan və 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərən “Zygon Caspian Consulting” şirkəti (Böyük Britaniya) ən aşağı qiymət və səmərəli xidmət təklifinə görə tenderin qalibi olub.

Tenderin icrası satınalma qurumlarının nəzarəti ilə yerinə yetirilib və  nəticələri elektron portal vasitəsilə ictimaiyyətə açıqlanıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.