Home » ABA ilə DƏDRX arasında görüş keçirilib

ABA ilə DƏDRX arasında görüş keçirilib

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

20 dekabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) arasında onlayn görüş keçirilmişdir. Görüşdə Xidmətin rəhbər və məsul şəxsləri, ABA-nın nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvləri iştirak etmişdir.  

Görüşdə bankları maraqlandıran suallara cavab verilmiş, bankların daşınmaz əmlakın qeydiyyatı və balansa keçirilməsi zamanı qarşıya çıxan məsələlər müzakirə edilmişdir. Bu kimi məsələrin operativ və vaxtında həlli məqsədi ilə hər iki qurumun nümayəndərindən ibarət İşçi Qrupunun yaradılması, eyni zamanda bu kimi müzakirələrin və konstruktiv dialoqun gələcəkdə də daha intensiv şəkildə davam etdirilməsi qərara alınmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.