Home » “EY İlin İş Adamı” müsabiqəsinin nəticələri yaxın günlərdə açıqlanacaq

“EY İlin İş Adamı” müsabiqəsinin nəticələri yaxın günlərdə açıqlanacaq

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov EY Azərbaycan şirkətinin idarəedici partnyoru İlqar Vəliyev ilə görüşüb.

Görüşdə EY Azərbaycanın təşkilatçılığı və KOBİA-nın tərəfdaşlığı ilə ölkəmizdə keçirilən “EY İlin İş Adamı” müsabiqəsinin nəticələrinə dair tədbirə hazırlıq işləri, eləcə də KOB sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Qeyd edilib ki, dünyanın 60-dan çox ölkəsində keçirilən müsabiqə yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq edir, uğurlarını və təcrübəsini digərləri ilə bölüşməsinə imkan yaradır. Müsabiqənin milli mərhələsi üzrə nəticələr yaxın günlərdə açıqlanacaq. Qalib KOB subyekti ölkəmizi Monte Karloda keçiriləcək “EY World Entrepreneur of the Year” müsabiqəsində təmsil edəcəkdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.