Home » Azərbaycan banklarının təqdim etdiyi Miles kartların üstünlükləri nələrdir?- ARAŞDIRMA

Azərbaycan banklarının təqdim etdiyi Miles kartların üstünlükləri nələrdir?- ARAŞDIRMA

by bbnadm
0 comment 12 views 3 minutes read

Apardığımız araşdırma Azərbaycan banklarının təqdim etdiyi miles kartlar haqqındadır.

“Miles”  kart nədir?

“Miles” kartlar aviasiya sahəsində  müəyyən imtiyazlar qazandıran  bank məhsuludur. Bu kartlar vasitəsi ilə apardığınız əməliyyatların qarşılığında toplanan ballara uyğun olaraq  aviabiletlər üzrə güzəştlər qazanmaq mümkündür. Bu kartlar müştərilərinə təkcə aviabiletlər üzrə güzəştlər təklif etmir, eyni zamanda onlara müxtəlif xidmətlərdən yararlanmaq imkanı da verir. Bu kartlar xüsusi ilə səyahəti sevən və ya işlə bağlı daim hava yolu ilə xarici səfərlərə gedən müştərilər üçün əlverişlidir.

Apardığımız araşdırmaya görə Azərbaycanda bu kartları Kapital Bank, Premium Bank, Unibank və ABB təqdim edir. Bu kartlar bir-birindən həm xüsusiyyətlərinə, həm də üstünlüklərinə görə fərqlənir.

Ölkə banklarının təqdim etdiyi miles kartlarının xüsusiyyətlərinə və vəd etdiyi üstünlüklərə nəzər salaq:

Kapital Bank ASCXidmət haqqı – aylıq 3 AZN; (BirKart vasitəsilə aylıq 1000 AZN məbləğində nağdsız ödəniş etdikdə (kredit ödənişləri və köçürmələr istisna olmaqla) həmin ay üçün aylıq xidmət haqqı tutulmur) BirKart limitinizin yalnız 60%-ə qədərini nağdlaşdıra bilərsiniz; Kredit kartı kimi istifadə olunduqda (nağdlaşdırma zamanı) kredit faizi – 25%  
Unibank ASCMilləri istənilən hava yollarının aviabiletinə dəyişmək imkanı
Pulsuz səyahət sığortası (1-11 gün və ildə bir dəfə əldə etmək imkanı)
Səfirliyə (VİZA üçün) pulsuz arayış Pulsuz çıxarış (aylıq və gündəlik)
Komissiyasız nağdlaşdırma (Unibank ATM-lərində)
Kapitallaşma 5%-dək
Lounge Key zalına giriş imkanı
Özünə və ya digər şəxsin adına pulsuz bilet almaq imkanı
Xoşgəldim milləri hədiyyə (1000 mil)
Black Edition statuslu kart təqdim olunur
Sığortaya 7 gün öncədən müraciət edilməlidir.  
Premium Bank ASCBu xidmət və ödənişlərə görə ballar/millər hesablanmır: Bank və forex ödənişləri (kredit ödənişi, hesaba mədaxil, sığorta ödənişləri), ipoteka (istisna olaraq APUS vasitəsi ilə ödənilən ipoteka kreditləri);Pul köçürmələri (card to card, elektron pul kisəsi).  
ABB ASC 
ABB Miles MasterCardABB Miles ilə 1 000 AZN dövriyyədən sonra 500 Mil “Xoşgəldin Mili” təqdim olunur.
ABB Miles MasterCard PremiumABB Miles ilə 2 000 AZN dövriyyədən sonra 1 000 Mil “Xoşgəldin Mili” təqdim olunur.
ABB Miles MasterCard Kreditİllik faiz dərəcəsi – 24% olmaqla.24 ayadək taksit imkanı. ABB Miles ilə 1 000 AZN dövriyyədən sonra 500 Mil “Xoşgəldin Mili” təqdim olunur.
ABB Miles MasterCard Premium Kreditİllik faiz dərəcəsi – 20% olmaqla.24 ayadək taksit imkanı. ABB Miles ilə 2 000 AZN dövriyyədən sonra 1 000 Mil “Xoşgəldin Mili” təqdim olunur.
ABB Miles VISAABB Miles ilə 1 000 AZN dövriyyədən sonra 500 Mil “Xoşgəldin Mili” təqdim olunur.
ABB Miles VISA PremiumABB Miles ilə 2 000 AZN dövriyyədən sonra 1 000 Mil “Xoşgəldin Mili” təqdim olunur.
ABB Miles VISA KreditABB Miles ilə 1 000 AZN dövriyyədən sonra 500 Mil “Xoşgəldin Mili” təqdim olunur. 24 ayadək taksit imkanı.
ABB Miles VISA Premium KreditABB Miles ilə 2 000 AZN dövriyyədən sonra 1 000 Mil “Xoşgəldin Mili” təqdim olunur. 24 ayadək taksit imkanı.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.