Home » İİTKM-də Mediasiya Şurası ilə görüş keçirilib

İİTKM-də Mediasiya Şurası ilə görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Mediasiya Şurası üzvləri ilə görüşüb.

Mediasiya Şurasının sədri Nadir Adilov Şuranın fəaliyyətinin ölkə iqtisadiyyatına təsiri, cari vəziyyətlə bağlı təqdimat edib.

İİTKM – in mediasiya islahatları üzrə tövsiyələrini dinləmək və qanunvericiliyin tətbiqindən ciddi riayət etmək üçün görüşdə Mediasiya Şurasının İdarə Heyətinin üzvləri Sima Yaqubova, Əli Nəbiyev, İntizam Komissiyasının Sədri Qasım Şalıyev, üzvü Şaiq Mirzəyev, İntizam Komissiyasının üzvü Mayıl Əhməd, İşçi qrup və 2 saylı Bakı mediasiya təşkilatının rəhbəri İlhamə Həsənova, 6 saylı Bakı mediasiya təşkilatının rəhbəri Tural Şahbazov, 10 saylı Bakı mediasiya təşkilatının rəhbəri Rauf Əzimov, 11 saylı Bakı mediasiya təşkilatının rəhbəri Malik Rzayev iştirak ediblər. İİTKM – in mediasiya islahatları üzrə tövsiyələrinin Mediasiya Şurası tərəfindən tam dəstəkləndiyi və bu istiqamət üzrə birgə işlərin koordinasiya edilməsi də iştirakçılar tərəfindən xüsusi vurğulanıb.

Daha sonra İİTKM və Mediasiya Şurası arasında geniş əməkdaşlıqla bağlı müzakirələr aparılıb.  Müəyyən edilmiş istiqamətlər üzrə birgə layihələrin icrası ilə bağlı razılığa gəlinib.

Görüşdə İİTKM-in İqtisadi təhlil və analitik informasiya departamentinin rəhbəri Rəşad Hüseynov və baş analitik Günay Quliyeva iştirak edib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.