Home » Jim Kwik: “Hər səhər oyandıqda məqsədləriniz haqqında düşünün və bu üzünüzə kiçik bir təbəssüm gətirəcək”

Jim Kwik: “Hər səhər oyandıqda məqsədləriniz haqqında düşünün və bu üzünüzə kiçik bir təbəssüm gətirəcək”

by bbnadm
0 rəy 5 baxış 2 dəqiqə oxuma

Dünya çətin bir dövrdən keçir, müharibələr yaranır, nəhəng ölkələrdə iqtisadi tənəzzül baş verir və insanlar işlərindən müxtəlif səbəblərə görə ayrılmalı olurlar. “Harvard Business Review” nəşri anidən işlərini itirən insanların bu vəziyyətdən necə xilas olması ilə bağlı məqalə dərc edib. Nəşrin müəllifləri Markın təcrübəsinə əsaslanaraq bir nümunə gətiriblər və yazıblar ki, o, 20 il ərzində TOP menecer olaraq çalışdığı şirkətdən rəhbər dəyişikliyinə görə çıxmalı olur. Nəzərə alsaq ki, bu gün insanların ailələri qarşısında maliyyə məsuliyyətləri var, bu kritik vəziyyətə onların emosional situasiyasını da əlavə etsək, çıxış yolu tapmaq çətin kimi görünür. Nəşrin yazarlarının hazırladığı məsləhətlərə nəzər yetirin və çalış ki, bu çətin prossesdən çıxa, məqsədlərinizə nəzər yetirə, ən əsası həyatınızdakı böyük mənzərəni görə biləsiniz.

Özünüzə qarşı mərhəmətli rəftar edin

Anidən işini itirən insanların bir ortaq xüsusiyyəti vardır ki, onlar özlərini günahkar və alçalmış kimi hiss edirlər. “Buna layiq olmaq üçün nə etdim? , Nə edə bilərəm ki vəziyyətdən çıxa bilim?” kimi sualları özlərinə tez-tez verirlər. Amma bu zaman kəsiyində bu suallarından çox özünüzə qarşı mərhəmətli rəftarı öyrənməlisiniz. Xatırlayın ki, ən çətin zamanlardan keçirsiniz və özünüzə qarşı ekstra nəzakətli olmalısınız. Məsələn, sevdiyiniz insanlar ilə keyfiyyətli zaman keçirin, qəzəb və kədər hissini başqaları ilə ünsiyyətdə olmaqla xoşbəxtliyə dəyişin. Başqaları ilə hazırda müşahidə etdiyiniz hisslərinizdən danışın və dəstək və kömək almaqdan utanmayın.       

Nəzarətdə saxlaya bildiyiniz işlərə fokus olun

Əgər işsiz qaldığınız müddətdə sosial fəaliyyətinizin və cəsarətinizin azaldığını hiss edirsinizsə, xeyriyyə təşkilatlarında çalışın, ehtiyacı olan insanlara kömək əli uzadın və s. Unutmayın ki, kiminsə dəstəyinizə hər zaman ehtiyacı vardır. 

Perspektivlərinizi dəyişin və açıq fikirli olun

İş ilə məqsədlərinizi bir-birindən ayırın, uzunmüddətli dövrdə məqsədləriniz haqqında düşünün. “Kwik Brain” podkast seriyasının yaradıcısı Cim Kvik (Jim Kwik) bildirir ki, “hər səhər oyandıqda məqsədləriniz haqqında düşünün və bu üzünüzə kiçik bir təbəssüm gətirəcək”. 

Gələk, Markın nümunəsinə, Mark özü haqqında suallara cavab tapdıqdan sonra yerli bir universitetdə müəllim olaraq işə başladı, əlbəttə, qazandığı əmək haqqı daha az olsa da o sevərək tələbələrinə öyrətməyə davam etdi. Bir ildən sonra isə “İlin professoru” adına layiq görüldü.

Sonda qeyd edək ki, Amerikalı biznesmen Brayn Buffini (Brain Buffini) deyir, “dəyişiklik ağrılı prosesdir, amma mümkündür”.

Mənbə: Biznes jurnalı “Harvard Business Review

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.