Home » Avropa Mərkəzi Bankından 11 ildən sonra faiz artımı qərarı

Avropa Mərkəzi Bankından 11 ildən sonra faiz artımı qərarı

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bu gün Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcələri ilə bağlı qərarına dəyişiklik edib.

BBN.az xarici mətbuata istinadən xəbər verir ki, AMB faiz dərəcələrini gözləntilərdən daha çox (50 baza bəndi ilə artıraraq 0.5%-ə yüksəltdi, depozit dərəcəsi isə 50 baza bəndi artımla 0-a çəkilib) artırıb. Bu Avrozonası Mərkəzi Bankının son 11 ildə ilk faiz artımı idi.  Yeni qərar 2022-ci il iyulun 27-sindən qüvvəyə minəcək.

Avropada inflyasiya iyunda rekord həddə 8.1%-ə çatıb, AMB yeni qərarı ilə Avrozonada inflyasiyanı 2% azaltmağı hədəfləyib.

Pandemiya, ardınca isə Avropada başlayan Rusiya-Ukrayna müharibəsi təchizat probleminə və ərzaq və enerjinin qiymətinin yüksəlməsinə səbəb olub. Həmçinin 20 ildə ilk dəfə avronun məzənnəsi dollar ilə bərabərləşib.

Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqardın əvvəlki açıqlamalarına görə, bank tədricən və qalıcı faiz dərəcələri ilə bağlı işlər görür.  

Bank, eyni zamanda istiqrazların alışı ilə bağlı stimullaşdırıcı proqramını dayandırıb. AMB iqtisadi aktivliyi təmin etmək üçün son 8 ildə ilk dəfə depozit dərəcələrini neqativdə saxlayır.  

Xatırladaq ki, ötən ilin ortalarında ABŞ Federal Ehtiyat Sistemi (FRS) iyun iclasının nəticələrinə əsasən baza faiz dərəcəsini 0,75 bənd artıraraq 1,5-1,75%-ə çatdırmışdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.