Home » Kaliforniya tənzimləyiciləri səs verdi: Benzin ilə çalışan bütün yeni avtomobillərin satışına qadağa qoyulur

Kaliforniya tənzimləyiciləri səs verdi: Benzin ilə çalışan bütün yeni avtomobillərin satışına qadağa qoyulur

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABŞ-ın Kaliforniya əyalətinin qanun tənzimləyiciləri cümə axşamı benzin ilə çalışan bütün yeni avtomobil mühərriklərinin satışına 2035-ci ilə qədər qadağa qoymaqla bağlı səs veriblər. Əyalət aqressiv şəkildə iqlim dəyişikliyi ilə mübarizə aparmağa çalışır. 

BBN.az NBC News TV proqramına istinadən xəbər verir ki, benzin ilə çalışan avtomobillər, yük maşınları, SUV nəqliyyat vasitələri karbon qazı emissiyasının ən böyük istehsalçılarıdırlar və bu da ətraf mühiti çirkləndirir.

Yeni qaydalar ətrafında hələ də həll olunmalı olan problemlər olsa da, qanun tənzimləyiciləri sürücüləri daha çox elektrik və hidrogen mühərrikli avtomobillərin alışına stimullaşdıracaq. Qısamüddətli dövr üçün tənzimləyicilərin hədəfi sıfır emissiya istehsal edən yeni avtomobillərin 2026-ci ilə qədər 35%-nin, 2030-cu ildə isə 68%-nin satışına çatmaqdır. 

Qeyd edək ki, əgər sürücülərin əvvəl aldıqları benzin ilə çalışan avtomobilləri varsa, onlardan istifadə edə, eləcə də ikinci əl belə nəqliyyat vasitəsi ala bilərlər. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.