Home » Enerji və ərzağın qiymətlərinin artması ilə Avrozonada inflyasiya rekorda çatdı

Enerji və ərzağın qiymətlərinin artması ilə Avrozonada inflyasiya rekorda çatdı

by bbnadm
0 comments 0 views 1 minutes read

Eurostat-ın məlumatına, əsasən Avrozonada inflyasiya avqustda yeni rekorda çatıb və 9.1% olub. Reuters-in sorğusunda iştirak edən iqtisadçılar isə bu rəqəmi 9% olaraq qiymətləndirirdilər və yeni nəticələr isə gözləntilərdən çoxdur.

BBN.az xəbər verir ki, bu haqda CNBC.com nəşri yazıb.

Eurostat-dan bildiriblər ki, inflyasiyanın yüksəlməsinin əsas səbəblərindən biri enerji qiymətlərinin yüksək olması ilə bağlıdır. Bu, 2021-ci ilin noyabrında başlayan artımla regionda istehlak qiymətlərinin artımı üzrə ardıcıl doqquzuncu rekorddur. Avro zonasında əsas inflyasiya iyulda 8,9%-ə (illik müqayisədə) çatıb.

Eurostat-ın çərşənbə axşamı verdiyi məlumata görə, energetika 38,3% ilə ən yüksək illik inflyasiya səviyyəsinə sahib olub, iyulda isə 39,6% idi. Qida, alkoqol və tütün məhsulları iyulda 9,8%-ə nisbətdə 10,6% artıb, qitədə son isti havanın təsirləri artıma səbəb olub.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.