Home » Azərbaycanın Almaniyaya neft ixracı 36% azalıb

Azərbaycanın Almaniyaya neft ixracı 36% azalıb

by yunus
0 comments 0 views 1 minutes read

BBN.az Reporta istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan Almaniyaya ixrac olunan məhsulların dəyəri 210 milyon 855,8 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Almaniyaya ixrac olunan məhsulların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 36%, dəyəri isə 30,3% azalıb. Almaniyanın Azərbaycanın ümumi neft ixracındakı payı 3,55% olub.

Hesabat dövründə Azərbaycan 6 milyard 231 milyon 422,24 min ABŞ dolları dəyərində 10 milyon 125 min 467,17 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Bu ilin ilk 6 ayında Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 24 milyard 661 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 26,7% artıb, idxal isə 27,6% azalıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.