![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Bitcoin-in qiyməti çərşənbə günü, bu gün 19.000 dollardan aşağıya ticarət edilib, bu isə iyundan bu yana ən aşağı səviyyə olub. Bitcoin-in qiymətində azalma isə qlobal stok marketin enməsi və ABŞ dollarının güclənməyə davam etməsi ilə bağlı olub.
BBN.az CNBC.com-a istinadən xəbər verir ki, bütövlükdə kriptovalyuta marketi 1 trilyon dollardan aşağı enib, dijital pullar hər yerdə daha ucuza satılıb.
FED-in sərtləşdirmə siyasəti riskli aktivlərə təsir edən ABŞ dollarını gücləndirib. Bitcoin səhmlərə nisbətdə ticarət etdi, buna görə də səhmlər düşərsə, ümumiyyətlə kriptovalyuta da enir. Şərq vaxtı ilə (ET) səhər 03:50-də Bitcoin 18.81236 dollara ticarət edilib. CoinDesk-in məlumatına, əsasən 5%-dən çox enib. Son aylarda Bitcoin-in qazancını geridə qoyan Ether-in qiyməti isə 8%-dən çox enib və 1.518.59 dollara ticarət edilib.
Ekspertlər isə deyirlər ki, dolların qiymətində azalma görməyə başlasaq, bu halda bitcoin-in qiymətləri əvvəlki səviyyəyə çata bilər. Qeyd edilir ki, bitcoin 17.500 dollardan aşağı düşməsə, bazar çox güman ki, 18.000-24.000 dollar aralığında konsolidasiya olunacaq.