Home » Böyük Britaniyada inflyasiya azalsa da hələ də son 40 ilin ən yüksək səviyyəsindədir

Böyük Britaniyada inflyasiya azalsa da hələ də son 40 ilin ən yüksək səviyyəsindədir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Böyük Britaniyada inflyasiya bir qədər aşağı enib, amma qiymətlər əmək haqları ilə müqayisədə son 40 ildə ilk dəfə çox sürətli bir şəkildə artır. 

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, Milli Statistikalar Komitsəsindən bildirilib ki, avqustda illik inflyasiya iyuldakı 10.1%-dən 9.9%-ə enib. İnflyasiyanın azalmasındakı əsas faktor isə benzin və dizel qiymətlərinin enməsi olub.

Ölkənin Mərkəzi Bankından (Bank of England) isə proqnoz edirdilər ki, 2022-i ildə inflyasiya pik həddə, 13%-dən də yüksəyə qalxa bilər. 

Ukraynadakı müharibədən dolayı isə yanacağın qiymətləri artır, Avropanın Rusiyanın neft və qazından asılığının azaldılması üçün isə addımlar atılır. Ərzaq və sərinləşdirici içkilərin qiymətləri ay ərzində 1.5% artıb, iyul-avqustdakı artım 1995-ci ildən bəri ən yüksək olub. 

Qeyd edək ki, ölkənin ən uzun (70 il) hakimiyyətdə olan monarxının Kraliça II Elizabeth-in vəfatından sonra Kraliyyət ailəsinin maliyyələşdirilməsi ilə bağlı məsələ müzakirə edilir, bir çox ingilis fikirləşir ki, yüksək qiymətlər fonunda ailənin maliyyələşdirilməsi yalnız vergi ödəyicilərinə zərərdir. Ancaq bir qrup ingilis isə bu fikirdədir ki, Kraliyyət ailəsi ölkəni mədəni irsinə daxildir və vergi ödəyiciləri maliyyələşdirməni davam etməlidirlər. Daha öncə The Economist bu haqda bəhs etmişdi.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.