Home » IMF: Afrikanın iqtisadiyyatı ən pis vəziyyətdədir

IMF: Afrikanın iqtisadiyyatı ən pis vəziyyətdədir

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

International Monetary Fund-dan (IMF) bildiriblər ki, Sub-Saharran Afrika regionu uçurumun kənarındadır və iqtisadiyyatı ən pis vəziyyətdədir. 

BBN.az DW News TV proqramına istinadən xəbər verir ki, buna səbəb kimi inflyasiyanın ikiqat artımı, iqtisadiyyatın inkişafdan qalması, ərzaq ilə bağlı təhlükəsizliyin olmaması, yaşam xərclərinin artması, sosial narazılıq və s. göstərilib.  

IMF-nin Afrika üzrə departamentinin icraçı direktoru Catherine Patillo TV proqramında qonaq qismində çıxış edərək deyib ki, qanunu ərsəyə gətirənlər çox çətin bir mühit ilə üz-üzədirlər. Bölgə pandemiya, Ukrayna-Rusiya müharibəsinin təsirləri; ərzağın, yanacağın, gübrənin qiymətlərinin yüksəlməsi ilə mübarizə aparır. Bölgədəki bir çox ölkələrdə isə yaşam xərclərinin artımı ilə bağlı olaraq böhran var.  Eləcə də digər qlobal maliyyə təsirləri də burada mühüm rol oynayır, məsələn, faiz dərəcələri artırılır, maliyyə siyasətləri sıxlaşdırılır, qlobalda iqtisadi inkişaf aşağı düşür”.

O, qeyd edib ki, bölgə iqtisadi şoklar ilə yanaşı, iqlim şokları, məsələn, quraqlıq ilə də mübarizə aparmaqdadır. 

IMF-nin nümayəndəsi bildirib ki, Afrikanın köməyə ehtiyacı var: “Burada söhbət beynəlxalq yardımdan gedir, eyni zamanda IMF-nin də ərazini maliyyə ilə dəstəkləyən proqramları mövcuddur.

Catherine Patillo illik toplantıda deyilənləri xatırladaraq qeyd edib ki, qlobalda 2022-ci il çətin keçir, amma təəssüf ki, növbəti il bundan da çətin olacaq: “Biz yaxşıya ümid etməliyik, amma pis vəziyyətə də hazır olmalıyıq”. 

IMF nümayəndəsi region ilə bağlı optimist olduğunu və gələcəkdə əmək bazarının güclü olmasının iqtisadiyyatın inkişafına təkan verəcəyinin ehtimallarından da danışıb. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.