Home » Morgan Stanley investisiya bankı 1.600 iş yerini ixtisar edir

Morgan Stanley investisiya bankı 1.600 iş yerini ixtisar edir

by bbnadm
0 comments 0 views 1 minutes read

Morgan Stanley investisiya bankı 1.600 iş yerini ixtiar edir, bu isə qlobal işçi qüvvəsinin cəmi 2%-i deməkdir. Bu isə onun iqtisadi inkişafın zəifləməsindən dolayı işçi qüvvəsini azaldan böyük bankların sırasına qoşulması deməkdir.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, Goldman Sachs bankı da sektorda azalmağa gedən digər banklar arasında yer alır, bu bank da kiçik ödəniş bonuslarına hazırlaşır.

Oktyabrda New York şəhər rəsmi dairələri 2021-ci ildə rekorda çatdıqdan sonra, 2022-ci ildə Wall Street-də də işçilərin 20%-dən çox azalması gözlənildiyini bildirmişdi. 2021-ci ildə isə orta ödəniş 250.000 dollardan çox olub.

Çərşənbə axşamı bankçılıq konfransında Goldman Sachs-ın rəhbəri David Solomon zəif iqtisadi hesabatlar ilə bağlı xəbərdarlıq edib.

“İqtisadi inkişaf zəifləyir”, – o, bildirib. “Mən bizim müştərilərimiz ilə danışan zaman onların kifayət qədər ehtiyatlı olduqlarını görürəm”.

Qeyd edək ki, son illərdə bir sıra satınalmalar həyata keçirən Morgan Stanley bankının sentyabrın sonunda qlobalda 82.000 işçisi var idi, bu isə bir il əvvəlki rəqəmdən 75.000-dən yüksəlmişdi.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.