
2023-cü ildə qlobal iqtisadiyyatın 1/3-i tənəzzül ilə üzləşəcək.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, bu haqda International Monetary Fund (IMF) xəbərdarlıq edib.
IMF-in rəhbəri Kristalina Georgieva deyib ki, cari il 2022-ci ildən də çətin olacaq və ABŞ, Avropa İttifaqı (Aİ), Çin iqtisadi azalmanın şahidi olacaqlar. Bu Ukraynada müharibə, qiymətlərin yüksəlməsi, artan faiz dərəcələri və Covid-in Çində yayılmasından dolayı qlobal iqtisadiyyat üzərində təsirindən dolayıdır.
Qurumun rəhbəri CBS-nin xəbərlər proqramı “Face the Nation”də deyib ki, 2023-cü ildə gözləyirik ki, qlobal iqtisadiyyatın 1/3-i iqtisadi tənəzzül ilə üzləşəcək: “Hətta iqtisadi tənəzzüldə belə olmayan ölkələrdə yüz milyonlarla insanlar bunu hiss edəcəklər”, – o, əlavə edib.
Xanım Georgieva xəbərdarlıq edib ki, dünyanın ikinci ən böyük iqtisadiyyatının olduğu Çin 2023-cü ilə çətin başlanğıc edəcək.
Bildirək ki, okyabrda, IMF 2023-cü il ilə bağlı özünün qlobal iqtisadi inkişaf hesabatını aşağı salıb.




